Yuxarı
    Bağlamaq

    Bakıda brend geyim mağazasında yanğın olub - FOTOREPORTAJ

    Yanğın qısa zaman ərzində söndürülərək qonşu mağazalara keçməsinin qarşısı alınıb

    Bakı. 22 avqust. REPORT.AZ/ Bakının Neftçilər prospektilə ilə Yusif Məmmədəliyev küçəsinin kəsişməsində yerləşən brend geyim mağazasında yanğın baş verib.

    "Report" xəbər verir ki, hadisə zamanı mağazanın divar üzlükləri yanıb. İlkin ehtimala görə yanğın qısaqapanmadan baş verib. 

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, yanğın qısa zaman ərzində söndürülərək qonşu mağazalara keçməsinin qarşısı alınıb.

    "Report" hadisə yerindən fotoreportajı təqdim edir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi