Yuxarı

Bakıda 93 yaşlı kişi səs verib - FOTO

Bakıda 93 yaşlı kişi səs verib
© Report

Bakının Nəsimi rayon ərazisində 93 yaşlı kişi səs verib.

"Report"un xəbərinə görə, 1926-cı il təvəllüdlü Yusif Əzizov bələdiyyə seçkiləri ilə əlaqədar 21 saylı Nəsimi birinci seçki dairəsinin 12 saylı seçki məntəqəsində səsvermədə iştirak edib.

"Report"un əməkdaşı ilə söhbətində özünü gümrah hiss etdiyini bildirən 93 yaşlı Y.Əzizov 21 saylı Nəsimi birinci seçki dairəsinin 12 saylı seçki məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib.

Qeyd edək ki, 21 saylı Nəsimi birinci seçki dairəsinin 12 saylı seçki məntəqəsində 90 yaşdan yuxarı cəmi bir seçici qeydə alınıb. Bu məntəqənin seçici siyahısında 1216 nəfərin adı var.

Məntəqə 247 saylı tam orta məktəbin binasında yerləşir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi