Bakı yollarında gecə saatlarında işığın olmaması və gözqamaşdıran reklamlar sürücülərə çətinlik yaradır - VİDEOREPORTAJ

Bakı yollarında gecə saatlarında işığın olmaması və gözqamaşdıran reklamlar sürücülərə çətinlik yaradır - VİDEOREPORTAJ Gecə saat 2:00-dan yollarda işıq enerjisinin verilişi dayandırılır
Multimedia
6 İyun , 2018 10:20
Bakı yollarında gecə saatlarında işığın olmaması və gözqamaşdıran reklamlar sürücülərə çətinlik yaradır - VİDEOREPORTAJ
Report
0 : 00
0 : 00

Bakı. 6 iyun. REPORT.AZ Paytaxt yollarında gecə saatlarında işığın olmaması sürücülərə çətinlik yaradır.

"Report"un çəkiliş qrupunun bir ay ərzində gecə saatlarında Bakının müxtəlif küçə və prospektlərində apardığı müşahidə onu göstərir ki, gecə saat 2-00 dan sonra Babək prospekti, Sülh küçəsi, Xocalı prospekti, Bakı Kənar Dairəvi yolu, Tbilisi prospektinin bir hissəsi, Şərifzadə küçəsi, Abbasqulu Ağa Bakıxanov küçəsi, Hüseyn Cavid prospekti, Balaxanı, Maştağa, Zabrat şossesində işıq dirəklərinin olmasına baxmayaraq, enerji verilişi dayandırılır. Bu isə sözügedən yollarda sürücülərin görmə məsafəsini azaldır. Təsadüfi deyil ki, həmin küçə və prospektlərdə piyada vurulması halları yaşanır. 

Digər problem güclü işıqlandırması olan reklam lövhələrinin həmin qaranlıq küçələrdə sürücülərin gözünün qamaşdırılması ilə bağlıdır. Belə reklam löhvələrinə isə "Razin stansiyası" kimi tanınan ərazidə, Bakıxanov və Xətai prospektlərində rast gəlmək olur. 

Yol-nəqliyyat hərəkəti üzrə ekspert Ərşad Hüseynov "Report"a bildirib ki, küçələrin işıqlandırılmaması  problem olaraq qalır: "Bizim qanunvericiliyə əsasən və dünya praktikasına görə, yaşayış ərazilərində, hətta kənd küçələri belə işıqlandırılmalıdır. Yolların təchizati və işıqlandırılması ilə bağlı Nazirlər Kabinetinin qərarı var və o, 2000-ci ildə qəbul olunub. Orada göstərilib ki, elektrik şəbəkəsi olan yollar, küçələr, hətta yaşayış məntəqəsindən kənarda olan yollar sutkanın qaranlıq vaxtları işıqlandırılmalıdır. Əsas səbəb insanların təhlükəsizliyidir. Qaranlıq vaxtı işıqlı yollarda piyadaların vurulma halları minumuma enir. Əsasən qış fəslində sutkanın qaranlıq vaxtı - axşam saat 17-00-dan səhər saat 8-00-dək işıqsız yollarda piyadaların vurulması halları çoxalır".

Güclü işıq olan reklam löhvələri ilə bağlı ekspert deyib ki, "Reklam haqqında" qanunun tələblərinə görə, küçələrdə və yollar ətrafında yerləşən reklamlar yol hərəkəti qaydalarına xələl gətirməməlidir: "Yəni reklam işıqları yol nişanlarına bənzəməməlidir, yol nişanları və işıqforların qarşısını kəsməməlidir, texniki vasitələrin sürücülər tərəfindən qavranılmasına maneçilik törətməməlidir. Əgər reklamda işıqlanma problemi varsa, oarda sürücülər üçün iki istiqamətdə təhlükə var. Birincisi odur ki, həmin işıqlar sürücülərin gözlərinə düşərək onların yol hərəkətinə nəzarəti çətinləşdirir, göz qamaşdırır. 

İkincisi isə odur ki, həmin reklam işıqlarının fonunda yol nişanları, işıqforlar sürücülər üçün görünməz olur. Belə hallarda sürücülər təbii ki, diqqətli olmalıdırlar. Buna baxmayaraq, həmin işıqlı reklam lövhələrinin yerləşdirilməsinə icazə verən qurum, ərazidə xidmət aparan yol polisi əməkdaşları və reklam lövhələrinə nəzarət edən Dövlət Reklam Agentliyi konkret bununla bağlı işlər aparmalıdır ki, problemlər aradan qaldırılsın. Sürücülər bu cür halları aşkar edərsə, onun hüququ var ki, bununla bağlı şikayət etsin".

Son xəbərlər

Orphus sistemi