Yuxarı

Bakı sakinləri: "Amerika koronavirusu qəsdən yayıb" - VİDEOSORĞU

Bakı sakinləri: "Amerika koronavirusu qəsdən buraxıb" - VİDEOSORĞU
Dinlə

3947

© Report

Dünyanı cənginə alan koronavirus epidemiyası can almaqda davam edir. Virus daşıyıcılarının sayı isə durmadan artır. Koronavirus infeksiyasından ölənlərin sayı 2 858 nəfərdir. Virus daşıyıcılarının sayı isə 83 380-dən çoxdur.

Epidemiya qonşu İranı da cənginə alıb və bu ölkədə koronavirusa yoluxanların və bu xəstəlikdən ölənlərin sayı artmaqda davam edir.

Azərbaycanda da onlarla şəxs koronavirus şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə, Astara və Cəlilabad rayon mərkəzi xəstəxanalarına yerləşdirilib.

Hazırda həmin şəxslərin müalicəsi davam edir.

“Report”un əməkdaşları koronavirus epidemiyası ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib. Sorğu iştirakçılarına iki sual ünvanlanıb:

Sizin fikrinizcə koronavirus nədir - süni şəkildə yaradılmış kütləvi qırğın silahı, yoxsa 21-ci əsrin xəstəliyi? Virus və soyuqdəymədən necə qorunursunuz?

Video: Vüqar Xanlarov

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi