Yuxarı

Bakı metrosunda foto-sərgi keçirilir - FOTOSESSİYA

Bakı metropoliteni növbəti sosial layihəsini həyata keçirib

Bakı. 15 iyul. REPORT.AZ/ Bu gün metronun “Gənclik” stansiyasının yeni təmirdən çıxmış keçidində “Bakı Metropoliteni” QSC-nin “Kapital Bank” ASC ilə birgə həyata keçirdiyi sosial layihənin nümayişi olub.

"Report"un xəbərinə görə, tədbirdə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov, ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev, İspaniyanın ölkəmizdəki müvəqqəti işlər üzrə vəkili Xose Luis Dies, Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnayib Həsənoğlu, fotoqraflar Ruslan Məmmədov, Nicat Rzayev, İlkin Kəngərli iştirak ediblər.

N. Paşayev bildirib ki, 126 müraciət əsasında 1 857 iş təqdim olunub. Münsiflər heyəti əməkdar mədəniyyət işçisi Fərid Xayrulinin rəhbərliyilə seçim edib. 39 nəfərin 92 sənət əsəri sərgiyə çıxarılıb.

Qeyd edək ki, sərgi 15 noyabr 2015-ci il tarixinədək davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi