Bakı məhəllələrində Novruz adətləri yaşadılırmı? - VİDEOREPORTAJ

Bakı məhəllələrində Novruz adətləri yaşadılırmı? - VİDEOREPORTAJ Azərbaycanın ən qədim bayramlarından biri Novruzdur. Uzun əsrlərdir ölkədə, o cümlədən Bakıda və şəhərətrafı qəsəbələrdə yaşayan insanlar Bahar bayramını xüsusi təmtəraqla qeyd edirlər. Bunun üçün həftələr öncədən hazırlıqlar görülür, ev, həyət-baca təmiz
Multimedia
15 Mart , 2022 15:48
Bakı məhəllələrində Novruz adətləri yaşadılırmı? - VİDEOREPORTAJ

Azərbaycanın ən qədim bayramlarından biri Novruzdur. Uzun əsrlərdir ölkədə, o cümlədən Bakıda və şəhərətrafı qəsəbələrdə yaşayan insanlar Bahar bayramını xüsusi təmtəraqla qeyd edirlər. Bunun üçün həftələr öncədən hazırlıqlar görülür, ev, həyət-baca təmizlənir, müxtəlif şirniyyatlar, yeməklər bişirilir, səməni cücərdilir, yumurta boyanardı.

Bəs hazırda bu adət-ənənələr yaşadılırmı?

“Report”un əməkdaşları bu suala cavab tapmaq üçün Bakının köhnə "Sovetski" kimi tanınan məhəlləsinin sakinləri ilə həmsöhbət olublar.

Sakinlərin sözlərinə görə, qədim adətlərdən sadəcə bir qismi qalır, bayram əvvəlki təmtəraqla qeyd edilmir.

"Sovetski"də doğulub-böyüyən 79 yaşlı Rafiq Qədirov bildirib ki, bir neçə il bundan öncəyə qədər insanlar Novruz bayramının gəlişini səbirsizliklə gözləyərmiş və bayram günlərində qohumlar bir-birinin evinə bayram payı apararmışlar: “Əvvəllər Novruz bayramına bir ay əvvəldən hazırlaşardıq. Varlı və kasıb olmağından aslı olmayaraq, hər kəs bayramda mütləq şəkildə yeni paltarlar geyinərdi. Hər kəsin evində bayram aşı dəmlənər, qohuma, qonşuya pay aparılardı. Nənələr yumurta boyayar, uşaqlar bayram axşamı papaq atardılar. Cavanlar mərkəz yerlərdə xoruz döyüşdürərdi. İndi o adətlər demək olar ki, qalmayıb. Sadəcə çərşənbələrdə tonqal qalayıb ətrafına toplaşırıq”.

Daha ətraflı videomaterialı təqdim edirik.

Video: Vüqar Xanlarov

Montaj: Səbuhi Məmmədov

Son xəbərlər

Orphus sistemi