Bakı Atatürk Liseyində “Bilik günü” qeyd olunub - FOTOREPORTAJ

Bakı Atatürk Liseyində “Bilik günü” qeyd olunub - FOTOREPORTAJ Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində 2019-2020-ci dərs ilinin başlanması və “Bilik günü”nə həsr olunan tədbir keçirilib.
Multimedia
172
16 Sentyabr , 2019 15:30
Bakı Atatürk Liseyində “Bilik günü” qeyd olunub - FOTOREPORTAJ
Elchin Murad / Report.az

Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində 2019-2020-ci dərs ilinin başlanması və “Bilik günü”nə həsr olunan tədbir keçirilib.

“Report” xəbər verir ki, əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Sonra çıxış edən liseyin direktoru Eylem Gültekin müəllim və şagirdləri Bilik günü və yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

O, liseyin gənc nəslin təlim-tərbiyəsində, bilik və bacarıqlara yiyələnməsində, vətənə, xalqa məhəbbətin aşılanmasında müstəsna rol oynadığı diqqətə çatdırıb.

Direktor həmçinin Azərbaycanda təhsilə göstərilən dövlət qayğısından danışıb, bu sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirləri yüksək dəyərləndirib.

Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı Közhan Yazqan liseyin bundan sonra da Azərbaycana və Türk dünyasına şərəflə xidmət edəcəyini söyləyib: “Bakı Atatürk Liseyi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir və bundan sonra da gəlməyə, milli düşüncəli, ölkəsinə, xalqına, Türk dünyasına yararlı gəncləri yetişdirməyə davam edəcək. Mən fürsətdən istifadə edib liseyimizin müəllim və şagird kollektivini təbrik edirəm”.

Tədbir bədii hissə ilə davam edib.

Son xəbərlər

Orphus sistemi