Badamdarda sürüşmə zonasında son durum - VİDEOREPORTAJ

Badamdarda sürüşmə zonasında son durum - VİDEOREPORTAJ Mövzu ilə bağlı sürüşmə zonasından reportajı təqdim edirik
Multimedia
271
1 Aprel , 2021 16:02
Badamdarda sürüşmə zonasında son durum - VİDEOREPORTAJ

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Badamdar sürüşmə zonasında aparılan işlərlə bağlı jurnalistlərə press-tur təşkil edib.

“Report”un xəbərinə görə, press-tur çərçivəsində KİV nümayəndələrinə Badamdar qəsəbəsi, 3-cü massivdəki sürüşmənin səbəbləri və qarşısını almaq üçün görülən işlərlə bağlı məlumatlar verilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Azərinşaat Layihə İnstitunun Geoloji axtarış şöbəsinin rəisi Samir Vəliyev jurnalistlərə açıqlamasında bildirib ki, sürüşmə zonasında birinci mərhələ üzrə işlər ötən ilin oktyabr ayından başlayıb və bu işlər çərçivəsində eni 3,5 metr, dərinliyi 30 metr olan 3 ədəd quyu qazılıb.

Qeyd edək ki, Badamdardakı sürüşmənin qarşısının alınması planlanmış şəkildə, əvvəlcədən hazırlanmış sxemə əsasən həyata keçirilir.

Mövzu ilə bağlı sürüşmə zonasından reportajı təqdim edirik:

Son xəbərlər

Orphus sistemi