Azərbaycanın olimpiya yığması Vətənə dönüb - FOTOREPORTAJ

Azərbaycanın olimpiya yığması Vətənə dönüb - FOTOREPORTAJ Qarşılanma zamanı izdiham yaşanıb
Multimedia
24 Avqust , 2016 00:15
Azərbaycanın olimpiya yığması Vətənə dönüb - FOTOREPORTAJ

Bakı. 24 avqust. REPORT.AZ/ Azərbaycanı XXXI Yay Olimpiya Oyunlarında təmsil edən yığma komandanın üzvləri yarışların keçirildiyi Braziliyanın Rio-de-Janeyro şəhərindən Vətənə dönüb.

"Report" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançıların qarşılanma mərasimi keçirilib. Qarşılanma zamanı izdiham yaşanıb.

Nümayəndə heyətinin üzvləri hava limanından birbaş Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək ümumilli liderin abidəsini ziyarət ediblər, onun önünə gül dəstələri düzüblər.

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 56 idmançı təmsil edib. Onlardan 18-i medal qazanıb. İdmançılardan 11-i - güləşçilər Mariya Stadnik, Nataliya Sinişin, Sabah Şəriəti, Xetaq Qazyumov, Şərif Şərifov, taekvondoçu Radik İsayev, Milad Beigi Harçeqani və Patimat Abakarova, kanoeçi Valentin Demyanenko, kayakçı İnna Osipenko-Radomska, boksçu Lorenso Sotomayor legionerdir. Yerli medalçılar isə cüdoçular Rüstəm Orucovla Elmar Qasımov, güləşçilər Toğrul Əsgərov, Rəsul Çunayev, Hacı Əliyev və Cəbrayıl Həsənovla yanaşı, boksçu Kamran Şahsuvarlıdır.

FOTO: Firi Salim

Son xəbərlər

Orphus sistemi