Azərbaycanın futbol millisi İslamiadanın qalibi olub - FOTOREPORTAJ

Azərbaycanın futbol millisi İslamiadanın qalibi olub - FOTOREPORTAJ Finalda Oman yığması məğlub edilib
Multimedia
21 May , 2017 22:50
Azərbaycanın futbol millisi İslamiadanın qalibi olub - FOTOREPORTAJ
Report.az

Bakı. 21 may. REPORT.AZ/ Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət milli komandası "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

"Report"un məlumatına görə, baş məşqçi Yaşar Vahabzadənin rəhbərlik etdiyi kollektiv finalda Oman yığmasını 2:1 hesabı ilə məğlub edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş matçda meydan sahiblərindən hər iki qola "Qarabağ"ın hücumçusu Mahir Mədətov imza atıb. Rəqib komanda ikinci hissədə təsəlli qolunu vursa da, bundan artığına gücü çatmayıb.

Qeyd edək ki, İslamiadanın bürünc mükafatçısı 3-cü yer uğrunda görüşdə Kamerunu 2 cavabsız qolla üstələyən Əlcəzair olub.

FİNAL
21:00. Azərbaycan - Oman - 2:1
Qollar: Mahir Mədətov, 16; 27 - Salah əl-Yəhyayi, 56
Tofiq Bəhramov adına Respublika stadionu

*** 21:51

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan və Omanın 23 yaşadək futbolçuları arasında keçirilən final matçında ilk hissə başa çatıb. 

"Report"un məlumatına görə, komandalar fasiləyə meydan sahiblərinin 2:0 hesablı üstünlüyü ilə çıxıblar. 

Qolları 16-cı və 27-ci dəqiqələrdə Mahir Mədətov vurub. 

Azərbaycan yığması meydana bu heyətlə çıxıb: 1. Şahruddin Məhəmmədəliyev, 5. Sadiq Quliyev, 6. Rəşad Sadiqov, 7. Coşqun Diniyev, 8. Elşən Abdullayev, 9. Ağabala Ramazanov, 11. Mahir Mədətov, 15. Ruslan Abışov (kap.), 16. Elvin Camalov, 19. Məqsəd İsayev, 20. Azər Salahlı 

Ehtiyat oyunçular: 22. Emil Balayev, 12. Tərlan Əhmədli, 2. Rahil Məmmədov, 3. Azad Kərimov, 4. Adil Nağıyev, 10. Orxan Əliyev, 13. Elnur Cəfərov, 14. Yusif Nəbiyev, 17. Mirabdulla Abbasov, 18. Tellur Mütəllimov, 21. Vüqar Mustafayev, 23. Fəhmin Muradbəyli 

Baş məşqçi: Yaşar Vahabzadə 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşü 30 minədək tamaşaçı izləyir.  

Son xəbərlər

Orphus sistemi