Azərbaycanda turist artımı kiçik sahibkarların işinə necə təsir edib? - VİDEOSORĞU

Azərbaycanda turist artımı kiçik sahibkarların işinə necə təsir edib? - VİDEOSORĞU "Report" Bakı sahibkarları arasında turist artımının işlərinə təsiri ilə bağlı sorğu keçirib
Multimedia
18 Aprel , 2017 09:52
Azərbaycanda turist artımı kiçik sahibkarların işinə necə təsir edib? - VİDEOSORĞU
Report.az

Bakı. 18 aprel. REPORT.AZ/ Bu ilin ilk 3 ayı ərzində Azərbaycana 544 min nəfər turist gəlib. Ötən illə müqayisədə Azərbaycana gələn turistlərin sayı 24,9% artıb. Eyni zamanda, ötən illərlə müqayisədə Azərbaycanda turizm sahəsi 25% inkişaf edib. 

Statistikaya görə, ötən il Azərbaycana gələn xarici vətəndaşların ümumi sayında Rusiya (33 faiz), Gürcüstan (22,5 faiz), Türkiyə (13,9 faiz) və İran (10,9 faiz) vətəndaşları çoxluq təşkil edib. Bir sıra ölkələrin, o cümlədən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Koreya respublikası, Malayziya və Sinqapur vətəndaşları üçün 2016-cı ildən etibarən hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanılması ölkəmizə səyahət edən xarici turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb.

"Report" Bakı sahibkarları arasında turist artımının işlərinə təsiri ilə bağlı sorğu keçirib.

Turistlərin əyləncə məkanı olan "Pub"larda son vaxtlar müştərilərin sayı xüsusilə BƏƏ-dən gələn turistlərin hesabına artıb. "Pub" administratoru Aygün Cəfərova bildirib ki, müştəriləri məmnun etmək üçün menyularını onların təlabatlarına uyğun olaraq genişləndiriblər.

Suvenir və geyim mağazalarında aparılan müşahidələrdən belə qənaətə gəlmək olar ki, ölkəyə gələn qonaqlar daha çox buta ornamenti ilə bəzədilmiş geyimlərə və suvenirlərə üstünlük verirlər.

Taksi sürücüləri arasında isə bu vəziyyət fərqlidir. Xüsusilə "London taksi"lərinin sürücülərinin bir qismi taksi proqramlarının onların işinə mane olduğunu bildirsələr də, bir qismi də turistlərin daha çox bu taksilərdən istifadə etdiyini deyərək, razılığını bildirdi.

Yerli sahibkarlar arasında aparılan sorğu göstərdi ki, sahibkarlar daha çox ərəb ölkələrindən gələn turistlərin çoxluğunu nəzərə alaraq xidmələrində onlara uyğun dəyişiklər ediblər. Bəzi restoranlar menyularına ərəb turistlərin damaq dadına uyğun təamlar daxil edib, bəziləri isə onların zövqlərinə uyğun şoular təşkil edirlər.

"Report" mövzu ilə əlaqədar hazırladığı videsorğunu təqdim edir

Video: Elşən Baba

Son xəbərlər

Orphus sistemi