Azərbaycanda Dünya Robot Olimpiadasının seçim yarışı keçirilib

Azərbaycanda Dünya Robot Olimpiadasının seçim yarışı keçirilib Yarışda qalib gələn komandalar diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılıb
Multimedia
733
7 Oktyabr , 2017 16:52
Azərbaycanda Dünya Robot Olimpiadasının seçim yarışı keçirilib
Report/ Orkhan Azim

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bakı Olimp İdman Kompleksində ilk dəfə olaraq Dünya Robot Olimpiadası üzrə Azərbaycan seçim yarışı keçirilib.

"Report" xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyi və AREA (Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası) ilə birlikdə təşkil olunub. 

Yarışda 8-19 yaşlı gənclər "Robot futbolu", "Açıq kateqoriya", "Əsas kateqoriya" üzrə mübarizə aparıblar.

Yarışda qalib gələn komandalar diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılıb, həmçinin bu il noyabrın 10-12 -də Kosta-Rikada keçiriləcək Dünya Robototexnika Olimpiadasının finalında Azərbaycanı təmsil etmək hüququ əldə ediblər.

Yarışda Bakı Ali Neft Məktəbi, Xəzər Universiteti, Bakı Mühəndislik Universiteti, “ADA” Universiteti, Akademik Zərifə Əliyeva adına lisey, Kaspi liseyi, Bakı Modern Təhsil Kompleksi, “British School in Baku”, 215 nömrəli tam orta məktəb, İstək liseyi, 267 nömrəli məktəb-lisey, “SABİS SUN İnternational School”, “Step İT” akademiyası və “ABC College” liseyinini təmsil edən komandalar iştirak ediblər.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan 2016-cı ilin noyabrında Dünya Robot Olimpiadası Assosiasiyasına üzv olub.

Son xəbərlər

Orphus sistemi