Azərbaycan xalqı şəhidlərini yad edir

Azərbaycan xalqı şəhidlərini yad edir Ümumxalq Hüzn Günündə səhər saatlarından Şəhidlər xiyabanına insan axını var.
Multimedia
20 Yanvar , 2023 12:05
Azərbaycan xalqı şəhidlərini yad edir

Ümumxalq Hüzn Günündə səhər saatlarından Şəhidlər xiyabanına insan axını var.

“Report” xəbər verir ki, bu gün 20 Yanvar faciəsindən 33 il ötür.

İnsanlar bu müqəddəs məkanda yatan şəhidlərin xatirəsini ehtiramla yad edir, onların məzarları qarşısında baş əyirlər. İzdihamın arasında dövlət rəsmiləri, səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, Bakı sakinləri, paytaxtın qonaqları və bölgələrdən gələn insanlara rast gəlmək olar.

Faciədən 33 il ötməsinə baxmayaraq, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə yaşanan dəhşətli hadisə unudulmur, hər il Azərbaycan xalqı Şəhidlər Xiyabanına baş çəkərək onlar qarşısındakı mənəvi borcunu ödəməyə çalışır.

Son xəbərlər

Orphus sistemi