Yuxarı

Azərbaycan Silahlı Qüvvələrinin rəsmisi: "Lələ Təpə"yə yaxın yaşayış məntəqələri 23 il düşmənin müşahidəsi altında olub" - VİDEOREPORTAJ

Düşmən ərazilərimizi müşahidə etmə və mülki şəxsləri atəşə məruz qoyma imkanlarından məhrum edildi

Bakı. 7 aprel. REPORT.AZ/ "Lələ Təpə" yüksəkliyinin azad olunması ilə düşmən ərazilərimizi müşahidə etmə və mülki şəxsləri atəşə məruz qoyma imkanlarından məhrum edildi".

Bunu "Report"a açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin rəsmisi Elçin Kərimov deyib.

Onun sözlərinə görə, yüksəkliyin azad olunması böyük əhəmiyyət kəsb edir: "Hazırda "Lələ Təpə" yüksəkliyindəyik. Bu yüksəklik bir neçə gün öncə düşmən işğalından azad olunub. Füzulinin Horadiz şəhəri və "Lələ Təpə"yə yaxın yaşayış məntəqələri 23 il düşmənin müşahidəsi və atəş təsirlərinin altında olub".



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi