​Azərbaycan ordusunun tankçıları artilleriya yarışları keçirir - FOTO - VİDEO

​Azərbaycan ordusunun tankçıları artilleriya yarışları keçirir - FOTO - VİDEO Yarışın sonunda "Ən yaxşı tank heyəti" müəyyənləşəcək
Multimedia
20 Fevral , 2016 11:40
​Azərbaycan ordusunun tankçıları artilleriya yarışları keçirir - FOTO - VİDEO

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycan ordusunun tank hərbi hissə və bölmələrində "Ən yaxşı tank heyəti" adı uğrunda yarışlar keçirilir. "Report" xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, yarışlarda tank heyətləri maneə səhəsini, dirsəkli körpünü, mina-partlayış sahəsini, tank əleyhinə xəndəyi və eskarpı dəf etməklə çətin şəraitdə sürücülük tapşırıqlarını yerinə yetirirlər. Heyətlər yerində və hərəkətdə atəş açmaqla təlim sahəsində yaradılmış müxtəlif hədəfləri məhv edirlər.

Yarışların yekununda birliklərdə ilk iki yeri tutan heyətlər Silahlı Qüvvələr üzrə keçiriləcək yarışlarda iştirak edərək ən yaxşı tank komandiri, tuşlayıcı operator və mexanik sürücüləri müəyyən edəcəklər.

Son xəbərlər

Orphus sistemi