Yuxarı

AVRO-2016 kubokunun Azərbaycan pavilyonunda nümayişindən - FOTOREPORTAJ

Azərbaycanın milli musiqiləri səsləndirilib, konsert təşkil edilib

Bakı. 3 oktyabr. REPORT.AZ/ Fransada 2016-cı ildə keçiriləcək futbol üzrə Avropa çempionatının kuboku “Expo Milan-2015” sərgisindəki Azərbaycan pavilyonunda nümayiş etdirilib. Kubok pavilyonun birinci mərtəbəsində yerləşdirilib və futbol azarkeşlərinə kubokla şəkillər çəkdirməyə imkan yaradılıb. Eyni zamanda, pavilyonun arxasında yerləşən meydançada Azərbaycanın milli musiqiləri səsləndirilib, konsert təşkil edilib.

“Report” sərgidən olan fotoreportajı təqdim edir.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) AVRO-2016 da daxil olmaqla, Avropanın milli yığma komandaları arasında UEFA tərəfindən keçiriləcək bütün yarışların rəsmi sponsorudur.

Kubokun Milanda keçirilən EXPO sərgisində təqdim edilməsi isə diqqəti Azərbaycan və İtaliya milli yığma komandaları arasında oktyabrın 10-da Bakıda baş tutacaq futbol oyununa cəlb edir.

UEFA-nın ilk katibi Anri Delon şərəfinə adlandırılmış Futbol üzrə Avropa çempionatının kuboku Artus Bertran tərəfindən 1960-cı ildə Parisdə dizayn edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi