“Ana harayı”nın 26-cı ili - FOTOREPORTAJ

“Ana harayı”nın 26-cı ili - FOTOREPORTAJ Abidənin ətrafında böyük lövhələrdə soyqırımı əks etdirən fotolar yerləşdirilib
Multimedia
199
24 Fevral , 2018 10:11
“Ana harayı”nın 26-cı ili - FOTOREPORTAJ

Bakı. 24 fevral. REPORT.AZ/ Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar paytaxtın Xətai rayonunda yerləşən “Ana harayı” abidəsinin olduğu parkda görülən hazırlıq işləri başa çatıb. 

“Report” xəbər verir ki, parkın giriş hissəsinə, həmçinin, Xocalı və Yusif Səfərov küçələri boyunca yeni yaşıllıq örtüyü salınıb, eyni zamanda 100 mindən çox gül kolu əkilib.

Bundan başqa, abidənin ətrafında böyük lövhələrdə soyqırımı əks etdirən fotolar yerləşdirilib.  

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırım törədiblər. Soyqırım zamanı şəhərdə olmuş 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyildir. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.

Son xəbərlər

Orphus sistemi