Yuxarı

Almaniyada qaçqın düşərgəsində qarşıdurma: sığınacaq axtaranlar qaçdı - VİDEO

Almaniyada qaçqın düşərgəsində qarşıdurma: sığınacaqaxtaranlar qaçdı
Dinlə

742

© Klaus-Dietmar Gabbert / dpa

Almaniyada xüsusi karantin rejiminin tətbiq olunduğu qaçqın düşərgəsində ciddi qarşıdurma yaşanıb.

“Report”un Avropa bürosunun əldə etdiyi məlumata görə, Saksoniya-Anhalt əyalətinin Halberstadt şəhərindəki düşərgənin sakinləri polis tərəfindən qoyulan maneələri aşıraraq qaçmağa çalışblar. Buna səbəb isə, karantin rejimi ilə əlaqədar düşərgə sakinlərinə binadan çıxışın qadağan edilməsi olub. 

Binanın həyətində gəzmək istədiklərini deyən sakinlərlə düşərgənin təhlükəsizlik xidmətinin əməkdaşları arasındakı mübahisə davaya çevrilib. Bundan istifadə edən digər sığınacaq axtaranlar isə, polisin qurduğu maneələri aşıraraq düşərgədən qaçmağa çalışıblar. Aralarında Azərbaycan vətəndaşlarının da olduğu sığınacaqaxtaranlar şəhər mərkəzi istiqamətinə qaçıblar.

Əraziyə çoxlu sayda polis qüvvəsi cəlb edilib. Qaçan şəxslərin saxlanılaraq düşərgəyə qayarılmaları üçün əməliyyat keçirilib. Qaçan şəxslərdən 34-ü şəhər mərkəzində saxlanılaraq yenidən düşərgəyə qaytarılıblar.

Polis 850-dən çox sığınacaq axtaranın qaldığı düşərgədə təhlükəsizlik tədbirlərini gücləndirib.

Xatırladaq ki, 18 Azərbaycan vətəndaşının da qaldığı qaçqın düşərgəsi bir həftə əvvəl 27 yaşlı şəxsin Halle şəhərindəki yataqxanaya köçürülən zaman koronavirus testi verməsi və nəticəsinin pozitiv çıxması səbəbindən karantin altına alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi