Almaniyada koronavirusa yoluxmuş şəxsə görə məktəb bağlandı - VİDEO

Almaniyada koronavirusa yoluxmuş şəxsə görə məktəb bağlandı - VİDEO Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinin Bonn şəhərində koronavirus şübhəsi ilə 1 000 nəfərə yaxın sakin evlərində karantinə alınıb.
Multimedia
2 Mart , 2020 18:09
Almaniyada koronavirusa yoluxmuş şəxsə görə məktəb bağlandı - VİDEO
0 : 00
0 : 00

Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinin Bonn şəhərində koronavirus şübhəsi ilə 1 000 nəfərə yaxın sakin evlərində karantinə alınıb.

Bu barədə “Report”un Avropa bürosuna Poppelsdorf qəsəbəsindəki Klemens-Avqust məktəbinin rəhbərliyindən məlumat verilib.

Bildirilib ki, 22 yaşlı işçinin koronavirusla bağlı verdiyi analizlərin nəticəsi pozitiv çıxıb. Bundan sonra 185 şagirdin təhsil aldığı məktəb şəhər bələdiyyəsi və məktəb rəhbərliyinin birgə qərarı ilə iki həftəlik bağlanıb.

Məktəbdə dezinfeksiya işlərini həyata keçirən Bonn Şəhər Səhiyyə İdarəsindən vurğulanıb ki, evə buraxılan 185 şagirdin hər biri koronavirus testindən keçirilib, nəticələr iki-üç günə bəlli olacaq.

Virusa yoluxmuş məktəb çalışanı isə Haynsberq bölgəsində keçirilən karnavalda iştirak edib. Bu günə qədər Şimali Reyn Vestfaliyada koronavirusa yoluxmuş şəxslərdən 40-nın Haynsberqdəki karnavalda iştirak etdiyi deyilir.

Bu bölgədə ilk virusa yoluxmuş, hazırda Düsseldorf Universitet Klinikasında karantin altnda saxlanılan 47 yaşlı şəxs də həmin karnavalda iştirak edib.

Son məlumata görə, Almaniyada 150 nəfərdə koronavirus aşkarlanıb. Virusa yoluxanlardan 72-si Şimali Reyn Vestfaliya əyalətinin sakinləridir.

Son xəbərlər

Orphus sistemi