Almaniyada koronavirus pandemiyası ilə bağlı vəziyyət gərginləşir - VİDEO

Almaniyada koronavirus pandemiyası ilə bağlı vəziyyət gərginləşir - VİDEO Artıq Köln şəhər bələdiyyəsi koronavirusa yoluxma hallarının artması ilə bağlı narahatlığını əyalət parlamentinə yazılı şəkildə bildirib
Multimedia
1060
23 İyun , 2020 12:25
Almaniyada koronavirus pandemiyası ilə bağlı vəziyyət gərginləşir - VİDEO
Report

Almaniyada karantin qaydalarının yumşaldılması koronavirusa yoluxma faktlarını artırıb.

İnfeksion xəstəliklərini öyrənən Robert Kox İnstitutundan “Report”un Avropa bürosuna verilən məlumata görə, hazırda ölkədə 6 min aktiv koronavirus daşıyıcısı var. Kritik vəziyyət isə, azərbaycanlıların çox olduğu Şimali Reyn Vestfaliya əyalətindədir. Bu əyalətdə 2 500-dən çox aktiv koronavirus daşıyıcısı var.

İnstitutun hesablamalarına görə, Almaniyada hər 100 koronaviruslu şəxs virusu 288 nəfərə yoluxdurur. Yoluxdurma 0,89-dan 2,3 dəfəyə qədər artıb.

Mütəxəssislərin fikrincə, buna səbəb böyük şəhərlərdə insanların maska və gigeynik məhsullardan istifadə etməməsi, ictimai nəqliyyat, park və xiyabanlarda sosial məsafəni gözləməməsidir.

Artıq Köln şəhər bələdiyyəsi koronavirusa yoluxma hallarının artması ilə bağlı narahatlığını əyalət parlamentinə yazılı şəkildə bildirib.

Son 10 gündə daha çox yoluxma faktı Gütersloh, Varendorf , Maqdeburq və Berlin kimi şəhərlərdə qeydə alınıb.

Gütersloh bölgəsindəki bir əkin sahəsində 331 işçinin koronavirusa yoluxduğu bildirilib. Almaniyanın ən böyük ət emalı zavodu “Tönnies”də 700-ə yaxın işçinin bu virusa yoluxması isə, gözləri sənayedəki mənfi iş şəraitinə çevirib və belə müəssisələrin koronavirusa qarşı tədbirlər görmədiyini ortaya çıxarıb.

Son xəbərlər

Orphus sistemi