Almaniyada bu gündən tam qapanma tətbiq olunur

Almaniyada bu gündən tam qapanma tətbiq olunur Almaniyada bu gündən etibarən koronavirus pandemiyasını nəzarətdə saxlamaq üçün bütün ölkəni əhatə edən qapanmanın tətbiqinə başlayıb.
Multimedia
16 Dekabr , 2020 15:20
Almaniyada bu gündən tam qapanma tətbiq olunur

Almaniyada bu gündən etibarən koronavirus pandemiyasını nəzarətdə saxlamaq üçün bütün ölkəni əhatə edən qapanmanın tətbiqinə başlanılıb.

“Report”un Avropa bürosunun məlumatına görə, buna səbəb koronavirusa gündəlik yoluxmanın 20 mini keçməsidir.

Ölkənin Şimali Reyn Vestifaliya şəhərində komendant saatı olmasa da, digər əyalətlərdəki kimi, burada da böyük ticarət mərkəzləri, restoranlar, əyləncə mərkəzləri, gözəllik salonları yanvarın 10-dək bağlanıb. İndi bu əyalətdə bağlı qalacaq obyekt sahibləri və işçilərinin yardımla bağlı müraciətlərinə baxılıb, bir qisminə ödənişlər olunub.

Məscidlər, kilsələr və sinaqoqlar açıqdır. Lakin cümə namazı əlaqədar orqanları məlumatlandırmaqla təşkil edilə bilər. Şəhər bələdiyyələrinin əməkdaşları məscidlərdə 1,5-2 metrlik sosial məsafə və gigeyinik qaydalara əməl edilməsini tez-tez yoxlayır. Eynisi bazar günü ayinlər keçirilən kilsələrə də tətbiq olunacaq. Artıq kilsələrə eyni anda sahəsinə görə 10-30 nəfərdən çox şəxsin daxil olmasına icazə verilmir.

Əyalətdəki məktəblər bu gün bağlanıb. Məktəb binalarına yalnız buraxılış imtahanı olan şagirdlərin girməsinə icazə verilir. Uşaq bağçaları yalnız hər iki valideyni işləmək məcburiyyətinə olan uşaqlara xidmət göstərir. Sosial məsafə və maska şərtləri uşaq bağçalarında da tətbiq olunur. Evdə uşaqlarına baxmaq məcburiyyətində qalan valideynlərə isə ödənişli məzuniyyət verilib. Bu müddət ərzində onların maaşı kəsilməyəcək.

Hazırda əyalətə qida məhsullarının satıldığı supermarketlər, onlayn satış həyata keçirən şirkətlər, içki satılan yerlər, topdansatış mağazaları, apteklər, sağlamlıq məhsulları satılan yerlər, fərdi qulluq məhsulları satan marketlər, banklar, yanacaqdoldurma məntəqələri, avtomobil və velosiped təmiri sexləri, poçt şöbələri, paltar yuyulma və təmizlənmə yerləri, qəzet köşkləri, heyvan yemlərinin satıldığı yerlər, milad ağacları satan ticarət obyektləri açıqdır.
Bundan əvvəlki sərt karantin reimində olduğu kimi, bərbərlər, kosmetika studiyaları, bədən baxımı mərkəzləri, masaj salonları və bənzər obyektlərın hamısı bağlanıb.

Komendant saatı olmasa da, hökumət “Evdə qalırıq” (Wir bleiben zu Hause - almanca) adlı kampaniya başladıb. Bütün işəgötürən və işçilərdən yanvarın 10-dək evdən işləmələri xahiş olunub.

Xaricə səyahət etmək qadağan deyil. Ancaq geri qayıdan sərnişinlərə çox sərt koronavirus qaydaları tətbiq olunur. Risk zonasına gedənlər qayıtmazdan əvvəl mütləq bildiriş blankını doldurmalıdırlar. Xarici ölkədən geri qayıtdıqdan sonra hər kəs 5 gün ərzində karantin şəraitində yaşamalı, daha sonra koronavirus testi verməlidir. Testin nəticəsi müsbət olarsa, 10 gün daha karantində qalmalıdır.

Tam qapanma günlərində yoluxma halları çox olsa, əyalətlərdə küçəyə çıxmaq qadağası tətbiq olunacaq.

Son xəbərlər

Orphus sistemi