50 ildir avtomobil sürür, heç vaxt cərimələnməyib - VİDEOREPORTAJ

50 ildir avtomobil sürür, heç vaxt cərimələnməyib - VİDEOREPORTAJ O, yarım əsrin ən nümunəvi sürücüsü elan olunub
Multimedia
3 Fevral , 2020 10:48
50 ildir avtomobil sürür, heç vaxt cərimələnməyib - VİDEOREPORTAJ

Bakı şəhər sakini, 76 yaşlı Rəcəb Hüseynov 1970-ci ilin yanvar ayında ilk dəfə sürücülük vəsiqəsi alıb. Elə həmin ilin fevral ayından avtomobil alaraq idarə etməyə başlayıb. R.Hüseynov bu günə qədər 5 dəfə avtomobilini, 4 dəfə isə sürcülük vəsiqəsini dəyişib. 

O, Bakı şəhəri ərazisində sürücü-piyada  münasibətləri barədə keçirilən sosial sorğuda iştirak edən zaman iddia edib ki, 50 ildir avtomobil sürməsinə baxmayaraq, bu günə qədər heç bir yol nəqliyyat hadisəsi törətməyib və qaydalara əməl etdiyi üçün yol polisi tərəfindən barəsində inzibati protokol tərtib olunmayıb. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) şöbə rəisi Vaqif Əsədov "Report"a bildirib ki, sürücü barədə araşdırma aparılıb və onun iddiaları təsdiqini tapıb: "76 yaşlı sürücü Rəcəb Məmmədağa oğlu Hüseynovun iddiaları barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə məlumat verildikdən sonra bu barədə idarədə müvafiq araşdırmalar aparılıb. Araşdırmalar zamanı məlum olub ki, Rəcəb Hüseynovun istifadəsində 1970-ci ilin fevral ayından bu günə qədər mütəmadi olaraq 5 müxtəlif markalı nəqliyyat vasitəsi olub. O, təkcə Bakıda yox, Azərbaycan ərazisində, eyni zamanda keçmiş Sovet İttifaqına daxil olan 10-a yaxın respublikada avtomobil idarə etsə də, heç bir yol nəqliyyat hadisəsi törətməyib və yol polisi tərəfindən barəsində inzibati protokol tərtib edilməyib". 

Məlumat üçün bildirək ki, BŞDYPİ-nin rəhbərliyi 76 yaşlı Rəcəb Hüseynovu yarım əsrin ən nümunəvi sürücüsü elan edib və ona İdarənin rəisi Rəşad Priyevin adından diplom və qiymətli hədiyyələr təqdim olunub. 

Son xəbərlər

Orphus sistemi