256 şagirddən biri buraxılış imtahanına buraxılmayıb - VİDEO

256 şagirddən biri buraxılış imtahanına buraxılmayıb - VİDEO Saat 11:00-da başlayan imtahan prosesi 3 saat davam edib
Multimedia
16 Aprel , 2021 15:27
256 şagirddən biri buraxılış imtahanına buraxılmayıb - VİDEO

Bakıdakı 189-190 nömrəli tam orta məktəbdə Dövlət İmtahan Mərkəzinin (DİM) bu gün növbəti tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanlarına bir şagird buraxılmayıb.

DİM-in əməkdaşı İlkin Rüstəmzadənin “Report”a verdiyi məlumata görə, həmin məktəbdə 256 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib.

Onlardan yalnız bir nəfərin şəxsiyyətini təsdiq edən vəsiqəsi olmadığı üçün imtahana buraxılmayıb. Digər şagirdlər arasında koronavirus əlaməti və heç bir qayda pozuntusu aşkarlanmayıb.

Qeyd edək ki, saat 11:00-da başlayan imtahan prosesi 3 saat davam edib.

Son xəbərlər

Orphus sistemi