İki yüz mindən çox şagirdin əyani təhsilinə start verilib

İki yüz mindən çox şagirdin əyani təhsilinə start verilib “Report” 46 saylı tam orta məktəbdən hazırladığı süjeti təqdim edir
Multimedia
15 Fevral , 2021 13:26
İki yüz mindən çox şagirdin əyani təhsilinə start verilib

Fevralın 15-dən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin V-IX siniflərində və xüsusi məktəblərin I-IX siniflərində əyani tədrisə start verilib.

“Report” bildirir ki, Bakıda əyani təhsil V-IX siniflərdə həftədə 2 dəfə, ibtidai siniflərdə həftədə 3 dəfə, məktəbəhazırlıq qruplarında həftədə 2 dəfə, xüsusi məktəblərin I-IX siniflərində isə həftədə 5 dəfə təşkil olunur.

Onu da qeyd edək ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I-IV siniflərində 182 018, V-IX siniflərdə 199 694, xüsusi məktəblərdə 1 845 şagird təhsil alır, məktəbəhazırlıq qruplarına isə 27 122 uşaq cəlb olunub.

“Report” 46 saylı tam orta məktəbdən hazırladığı süjeti təqdim edir:

Son xəbərlər

Orphus sistemi