Zahid Oruc: “Prezident antikorrupsiya qurumuna mühüm kadr ehtiyatı kimi yanaşır”

Zahid Oruc: “Prezident antikorrupsiya qurumuna mühüm kadr ehtiyatı kimi yanaşır” Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələyə baxılarkən parlamentin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc çıxışını yazılı formada təqdim edib.
Milli Məclis
237
1 May , 2020 12:00
Zahid Oruc: “Prezident antikorrupsiya qurumuna mühüm kadr ehtiyatı kimi yanaşır”
Zahid Oruc / Report

Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələyə baxılarkən parlamentin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc çıxışını yazılı formada təqdim edib.

“Report”un xəbərinə görə, o bildirib ki, Prezident Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə mühüm kadr ehtiyatı kimi yanaşır:

“Əvvəlcə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri hörmətli Ədalət Vəliyevin plenar iclasda ilk dəfə iştirakını və təqdimatını yüksək qiymətləndirir, Prezident və parlament arasında birbaşa əlaqələrin qurulması baxımından bunu son dərəcə vacib struktur adlandırırıq. Bəli, bu gün dövlətçiliyimiz üçün son dərəcə əhəmiyyətli bir təqdimatı müzakirə edirik. İndi xalqımız, o cümlədən parlamentarilər Prezident İlham Əliyevin 2019-cu ildən bütün hakimiyyət qollarında apardığı genişmiqyaslı dəyişikliklərin, əslində yeni hakimiyyət quruculuğu siyasətinin növbəti ugurlu davamına şahidlik edir. Əslində bu addım ölkə rəhbərinin 3 aprel 2019-cu ildə “Məhkəmə və hüquq sistemində islahatları dərinləşdirilməsi”nə dair mühüm fərmanın tərkib hissəsidir”.

O, daha sonra qeyd edib ki, indi keçmişə qiymət vermir:

“Lakin son illər müxtəlif səbəblərdən yüksək rütbəli şəxsləri vəzifəsindən azad edərkən dövlət başçısının kimləri şəxsən qəbul edərək mükafatlandırdığını, kimlərisə qəbul edərək fəaliyyətləri haqda müsbət sözlər söylədiyini, müəyyən adamlara telefon etdiyini və böyük bir qisminə isə sərəncamının sərtliyi ilə reaksiya verdiyinin şahidiyik. Prezidentin davranışı hər kəsin xidmətlərinə verilən fərqli qiymətin şkalasıdır.

İkincisi bu mühüm təqdimat qarşısında Ulu öndərin prokurorluq haqqında dediyi tarixi fikirləri heyrətamizdir. Heydər Əliyev deyir:”Heç kəs daimi deyildir. Amma hüquqi dövlət daimidir...”

Prokurorluq hüquq-mühafizə orqanları sistemində demək olar ki, məhkəmə ilə polis orqanları, daxili işlər, milli təhlükəsizlik qurumu arasında dayanan bir orqandır. Ona görə də prokurorluğun işindən çox şey asılıdır”.

Millət vəkili yeni Baş prokuror barədə də fikirlərini bölüşüb: “O, Korrupsiyaya qarşı mübarizə Baş İdarəsindən yüksək dövlət təyinatı alan artıq ikinci şəxsdir . Bundan əvvəl hörmətli Əli Nağıyev yüksək peşəkarlıq keyfiyyətləri nəzərə alınaraq Milli Təhlükəsizlik orqanlarına rəhbər təyin olunmuşdu. Yeri gəlmişkən, təhlükəsizlik sisteminin nüfuzunun bərpasında, qanunsuzluğa qarşı mübarizədə bu dəyişiklik əhəmiyyətli rol oynadı. Deməli, Prezident antikorrusiya qurumuna mühüm kadr ehtiyatı kimi yanaşır.

Kamran Əliyev maraqların toqquşduğu çətin bir sahədə adını və nüfuzunu qorumağı bacarıb. Biz inanırıq ki, istintaqın əsas hissəsini aparan, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında üzərinə böyük məsuliyyət düşən Prokurorluq orqanları və Baş Prokuror yüksək ləyaqəti ilə dövlət başçısının və xalqın etimadını doğruldacaq!”

Orphus sistemi