Bakı. 27 oktyabr. REPORT.AZ/ Yunanıstan parlamentinin deputatları Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə edəcək.
Bu barədə "Report"a Yunanıstanın Azərbaycandakı səfirliyindən bildiriblər.
"Altı deputatdan ibarət nümayəndə heyəti seçkilərin monitorinqini aparacaq. Onlardan biri AŞPA nümayəndə heyətinin tərkibində gələcək, qalanları Avropa Seçki Müşahidə Akademiyasını təmsil edəcək", - səfirlikdən bildirilib.
Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabr ayının 1-də keçiriləcək.