Yenidən hazırlanan “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsi Prezident Administrasiyasına göndərilib

Yenidən hazırlanan “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsi Prezident Administrasiyasına göndərilib Bakı. 12 sentyabr. REPORT.AZ/ Azərbaycanda “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun yenidən hazırlanır.
Milli Məclis
12 Sentyabr , 2018 13:26
Yenidən hazırlanan “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsi Prezident Administrasiyasına göndərilib
0 : 00
0 : 00

Bakı. 12 sentyabr. REPORT.AZ/ Azərbaycanda “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun yenidən hazırlanır.

“Report” xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin payız sessiyasının qanunverici işlər planına salınıb.

Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Eldar İbrahimov deyib ki, Milli Məclis layihəni Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə hazırlayıb: “Layihə Prezident Administrasiyasına göndərilib. Prezident Administrasiyasının rəyi alındıqdan sonra layihə parlamentdə müzakirəyə çıxarılacaq”.

Qeyd edək ki, hazırda qüvvədə olan “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun 2002-ci ildə qəbul olunub.

Son xəbərlər

Orphus sistemi