YAP icra katibinin müavini: “Dövlət büdcəsindən siyasi partiyalara ayrılan vəsait artırılmalıdır”

YAP icra katibinin müavini: “Dövlət büdcəsindən siyasi partiyalara ayrılan vəsait artırılmalıdır” Siyavuş Novruzov: “Maliyyə Nazirliyi Rəşt-Astara dəmiryolunun tikintisinə diqqət yetirməlidir”
Milli Məclis
21 Noyabr , 2017 16:13
YAP icra katibinin müavini: “Dövlət büdcəsindən siyasi partiyalara ayrılan vəsait artırılmalıdır”
Siyavuş Novruzov / Report

Bakı. 21 noyabr. REPORT.AZ/ “Rəşt-Astara dəmiryolunun işə düşməsi üçün siyasi qərar var. Maliyyə Nazirliyi bu məsələyə diqqət yetirməlidir”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisdə 2018-ci il dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, Naxçıvan həmin dəmiryoluna qoşulmaqla blokadadan qismən çıxa bilər: “Bu olan halda gəlirlərimiz də artacaq”.

S.Novruzov qeyd edib ki, rayonlarda özəl bağçaların və məktəblərin açılmasına şərait yaratmaq lazımdır: “Özəl məktəblər, bağçalar, demək olar ki, yalnız Bakıda və Gəncədədir. Digər regionlarda da belə məktəblər, bağçalar açılmalıdır”.

YAP rəsmisi vurğulayıb ki, 2018-ci ildə prezident seçkiləri keçiriləcək, bunu nəzərə alaraq, siyasi partiyalara ayrılan vəsaiti digər illərə nisbətən artırmaq lazımdır, çünki seçki təşviqatı işi aparılır.

Son xəbərlər

Orphus sistemi