YAP Milli Məclisin sədri və müavinləri vəzifələrinə namizədləri müəyyənləşdirdi - YENİLƏNİB

YAP Milli Məclisin sədri və müavinləri vəzifələrinə namizədləri müəyyənləşdirdi - YENİLƏNİB YAP VI çağırış Milli Məclisin sədri və müavinləri vəzifələrinə namizədlərini müəyyənləşdirib.
Milli Məclis
10 Mart , 2020 09:25
YAP Milli Məclisin sədri və müavinləri vəzifələrinə namizədləri müəyyənləşdirdi - YENİLƏNİB
0 : 00
0 : 00

YAP VI çağırış Milli Məclisin sədri və müavinləri vəzifələrinə namizədlərini müəyyənləşdirib.

“Report”un xəbərinə görə, parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın, sədrin I müavini vəzifəsinə Əli Hüseynlinin namizədliyi irəli sürülüb.


*** 09:00

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilir.

“Report” xəbər verir ki, iclasda parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri, sədrin I müavini və sədrin müavini vəzifəsinə namizədlərin irəli sürülməsi məsələsi müzakirə olunur.

Qeyd edək ki, martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib. Nəticələrə əsasən, 125 seçki dairəsinin 121-dən Milli Məclisə deputat seçilib.

Milli Məclisə seçkilərdə 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələri isə etibarsız sayılıb.

Son xəbərlər

Orphus sistemi