Ekoloji qiymətləndirmə ilə bağlı yalan rəy verənlər cəzalandırılacaqlar

Ekoloji qiymətləndirmə ilə bağlı yalan rəy verənlər cəzalandırılacaqlar Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Milli Məclis
9 Aprel , 2019 13:43
Ekoloji qiymətləndirmə ilə bağlı yalan rəy verənlər cəzalandırılacaqlar
0 : 00
0 : 00

Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

“Report” xəbər verir ki, bu dəyişiklik ekoloji qiymətləndirmə ilə bağlı yalan rəy verənlərin cəzalandırılmasını nəzərdə tutur.

Məcəllənin 275-ci (Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulması) maddəsinə əlavə edilən 3-cü bəndə əsasən, ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirilmə sənədlərinə qiymətləndirici tərəfindən bilə-bilə yalan rəy verilməsinə görə 250 manatdan 450 manatadək məbləğdə cərimə olunur.

Son xəbərlər

Orphus sistemi