Xüsusi təyinatlı müəssisələrdə qarnizon xidməti təşkil ediləcək

Xüsusi təyinatlı müəssisələrdə qarnizon xidməti təşkil ediləcək Azərbaycanda xüsusi təyinatlı müəssisələrdə qarnizon xidmətinin təşkil edilməsi təklif olunur.
Milli Məclis
905
14 Mart , 2020 11:22
Xüsusi təyinatlı müəssisələrdə qarnizon xidməti təşkil ediləcək
Milli Məclis / Report

Azərbaycanda xüsusi təyinatlı müəssisələrdə qarnizon xidmətinin təşkil edilməsi təklif olunur.

“Report” xəbər verir ki, bununla bağlı "Sərhəd mühafizə orqanları haqqında" qanunun 2-ci maddəsinə dəyişiklik nəzərdə tutulur.

Dəyişiklik layihəsinə əsasən, sərhəd mühafizə orqanları öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericilik aktlarını, o cümlədən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrini əsas tutur. Bu zaman Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrinin qarnizon xidməti üzrə müddəaları və sərhəd mühafizə orqanlarının təyinatı ilə əlaqədar olmayan digər müddəaları tətbiq edilmir. Yalnız xüsusi təyinatlı müəssisələrdən başqa.

Qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin martın 16-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi