Xüsusi Dövlət Mühafizə Xidmətinin yubileyi ilə bağlı medal təsis edilir

Xüsusi Dövlət Mühafizə Xidmətinin yubileyi ilə bağlı medal təsis edilir "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik olunur
Milli Məclis
6 Dekabr , 2017 13:36
Xüsusi Dövlət Mühafizə Xidmətinin yubileyi ilə bağlı medal təsis edilir

Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycanda Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) yubileyi ilə bağlı medal təsis edilir.

“Report”un xəbərinə görə, bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik təklif olunur.

"Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993 - 2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə 2018-ci il avqustun 23-dək Azərbaycanın Xüsusi Dövlət Mühafizə Xidmətində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğur qazanmış zabitlər, gizirlər, çavuşlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, xidmətdə səmərəli fəaliyyət göstərən mülki işçilər, xidmətdən ehtiyata, yaxud istefaya buraxılmış şəxslər, habelə onun fəaliyyəti ilə bağlı layiqli xidmət göstərmiş Azərbaycan Silahlı Qüvvələrinin digər silahlı birləşmələrin hərbi qulluqçuları və başqa şəxslər təltif edilirlər.

Medal bürüncdən tökülüb və qızıl suyuna çəkilib, milli ornamentli səkkizguşəli ulduzdan ibarətdir.

Son xəbərlər

Orphus sistemi