Xarici ezamiyyə xərclərinin həcminin artırılması təklif edilir

Xarici ezamiyyə xərclərinin həcminin artırılması təklif edilir Səməd Seyidov: "Diplomatların maaşlarında dürüstləşmə aparılacaq"
Milli Məclis
8 Noyabr , 2017 12:24
Xarici ezamiyyə xərclərinin həcminin artırılması təklif edilir

Bakı. 8 noyabr. REPORT.AZ/ Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov xarici ezamiyyə xərclərinin həcminin artırılması təklif edib.

"Report"un xəbərinə görə, MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı S.Seyidov deyib ki, son dövrlərdə beynəlxalq münasibətlər sahəsində fəaliyyət göstərənlərin sayı artmaqdadır, ona görə də xarici ezamiyyə məsələsinə yenidən baxılaraq, onun həcminin artırılmasına ehtiyac var. O bildirib ki, diplomatların maaşlarında dürüstləşmə aparılacaq.

Son xəbərlər

Orphus sistemi