Vitse-spiker Razi Nurullayevə irad tutub: “Siz danışanda mərsiyəçi Raci yada düşür”

Vitse-spiker Razi Nurullayevə irad tutub: “Siz danışanda mərsiyəçi Raci yada düşür” “Biz bələdiyyələrlə bağlı olan qüsur və nöqsanları daimə gündəmə gətirmişik, onların aradan qaldırılması üçün təkliflər vermişik. Bu sahədə müəyyən addımlar atılıb”.
Milli Məclis
8 May , 2020 13:25
Vitse-spiker Razi Nurullayevə irad tutub: “Siz danışanda mərsiyəçi Raci yada düşür”
0 : 00
0 : 00

“Biz bələdiyyələrlə bağlı olan qüsur və nöqsanları daimə gündəmə gətirmişik, onların aradan qaldırılması üçün təkliflər vermişik. Bu sahədə müəyyən addımlar atılıb”.

“Report”un xəbərinə görə, bunu Milli Məclis Sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli deyib.

Vitse-spiker bildirib ki, Azərbaycanın siyasi həyatında bələdiyyələrin öz yolu, mövqeyi var: “Qüsurlar, nöqsanlar mövcuddur. Bunların üzərinə gedən deputatlar da var. Bələdiyyələrin 20 illik fəaliyyətinə kölgə salmaq, hamısını rüşvətdə təqsirləndirmək insan hüquqlarının pozulmasıdır, yaxşı işləyənlərin fəaliyyətinə qara yaxmaqdır”.

O, deputat Razi Nurullayevi danışarkən diqqətli olmağa çağırıb: “Sizin bu qısa müddətdə çıxışlarınıza qulaq asanda adı sizin adınıza oxşayan bir mərsiyəçi var o yadıma düşür. Sizin adınız Razi, onun adı isə Racidir. Siz hər dəfə danışanda onun mərsiyələri yada düşür. Fikirlərinizdə diqqətli olun”.

Daha sonra Razi Nurullayev çıxışında F.İbrahimlinin dediklərinə münasibət bildirib: “Fəzail müəllim, bunu heç sizə yaraşdırmadım”.

Qeyd edək ki, deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən iclasında bələdiyyələrin və onun işçilərinin fəaliyyətini tənqid edib. O deyib ki, 1999-cu və 2009-cü ildə bələdiyyə seçilənlər torpaq qalmayıb, hamısını satıblar: “Bələdiyyələrin fəaliyyəti yoxlanmalı və ciddi həbslər olmalıdır. Bələdiyyələrin nə səlahiyyəti var ki, başı qapazlı qurumdur. Bələdiyyə sədrləri icra başçıları ilə razılaşmaya gedir, onların əlaltısına çevrilir. Bələdiyyələr elan edir ki, bu işləri daxili vəsait hesabına edirik. Daxili vəsait nə deməkdir?”.

Son xəbərlər

Orphus sistemi