Vəkillər Kollegiyasına qəbulda keçid balı aşağı salınır

Vəkillər Kollegiyasına qəbulda keçid balı aşağı salınır Deputat: “Vəkillər Kollegiyasının üzvlüyünə qəbul qaydaları sadələşdirilməlidir”
Milli Məclis
30 Oktyabr , 2017 14:17
Vəkillər Kollegiyasına qəbulda keçid balı aşağı salınır
Report

Bakı. 30 oktyabr. REPORT.AZ/ “Azərbaycan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul qaydaları sadələşdirilməlidir”.

Bunu “Report”a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.

O bildirib ki, Vəkillər Kollegiyasına üzv olmaq üçün nəzərdə tutulan 60 keçid balı aşağı salınmalıdır: “Test imtahanından 60 və daha çox bal toplayan namizədlər növbəti mərhələyə buraxılırlar. Bu təklifi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sonuncu iclasında da səsləndirdim. Vəkillər Kollegiyasının nümayəndəsi də bildirdi ki, qəbul balı 40-a da endirilə bilər, biz buna etiraz etmirik”.

T.Kərimlinin sözlərinə görə, vəkillərin sayı artırılmalıdır ki, nümayəndəlik institutunun fəaliyyətinin məhdudlaşdırılması əngəl yaratmasın.

Son xəbərlər

Orphus sistemi