Yuxarı

Vəfat edən zərərçəkmişin yaxın qohumları olmadıqda onun hüquqlarını vəkil müdafiə edəcək

© Report

Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycanda vəfat edən zərərçəkmiş şəxsin yaxın qohumları olmadıqda onun hüquqları vəkil tərəfindən müdafiə olunacaq.

“Report”un xəbərinə görə, bununla bağlı Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilir.

Məcəllənin 87-ci (Zərərçəkmiş şəxs) maddəsinə yeni bənd əlavə edilir. Bənddə deyilir: “Ölmüş zərərçəkmiş şəxsin yaxın qohumları olmadıqda və ya bu məcəllənin 106.2-ci (Zərərçəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə mənəvi, fiziki və ya maddi ziyan vurmuş yaxın qohumu həmin zərərçəkmiş şəxsin hüquqi varisi hesab edilə bilməz) maddəsinə əsasən hüququ varis hesab edilə bilmədikdə zərərçəkmiş şəxsin hüquqları cinayət prosesini həyata keçirən orqanın qərarı əsasında müvafiq ərazi üzrə fəaliyyət göstərən vəkil qurumunun rəhbərinin təyin etdiyi vəkil tərəfindən həyata keçirilir”

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi