Valeh Ələsgərov: “Bu gün ağızdolusu danışanlar Azərbaycanı hansı vəziyyətə gətirib çıxarmışdılar?”

Valeh Ələsgərov: “Bu gün ağızdolusu danışanlar Azərbaycanı hansı vəziyyətə gətirib çıxarmışdılar?” “Bu gün ağızdolusu danışanlar o zaman Azərbaycanı hansı vəziyyətə gətirib çıxarmışdılar? Bax, bunu bilmək lazımdır. O zaman Azərbaycan özünün nə enerji, nə də qida ilə təmin edə bilirdi”.
Milli Məclis
24 May , 2019 12:29
Valeh Ələsgərov: “Bu gün ağızdolusu danışanlar Azərbaycanı hansı vəziyyətə gətirib çıxarmışdılar?”

“Bu gün ağızdolusu danışanlar o zaman Azərbaycanı hansı vəziyyətə gətirib çıxarmışdılar? Bax, bunu bilmək lazımdır. O zaman Azərbaycan özünün nə enerji, nə də qida ilə təmin edə bilirdi”.

“Report” xəbər verir ki, bunu “Azərbaycanda enerji təhlükəsizliyi” mövzusunda keçirilən “dəyirmi masa”da çıxış edən Milli Məclisin sədr müavini Valeh Ələsgərov deyib.

Onun sözlərinə görə, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə mövcud problemlər həll olunub: “Xarici şirkətlərlə əlaqələr quranda sinəsinə Heydər Əliyevin nişanını taxanlar belə deyirdi ki, işləri özümüz qura bilərdik niyə başqasına şərait yaradırsınız? Ancaq düşünmürdülər ki, bu işləri görmək heç də asan iş deyildi”.

Sədr müavini qeyd edib ki, investorlar üçün şərtlər aşağı salındıqca Azərbaycan üçün əlverişli imkan yaradıldı: “Azəri-Çıraq" layihəsi zamanı tanınmış hüquqşünaslar buna qarşı çıxdı. Halbuki həmin layihənin sonrakı müddətdə ölkənin iqtisadiyyatı üçün necə mühüm əhəmiyyət kəsb etməsi göz önündə oldu. Neftimiz dünya bazarına çıxarıldı”.

V.Ələsgərov əlavə edib ki, Azərbaycanın təbii sərvətləri çox olsa da, ötən əsrin 90-cı illərin əvvəlində hakimiyyətdə olanlar ondan düzgün istifadə edə bilmirdilər: "Azərbaycan bu gün bütün dünyada özünü layiqincə təmsil edə bilir". 

Son xəbərlər

Orphus sistemi