“Ümumi təhsil haqqında” qanun layihəsinin hazırlanması üçün işçi qrupun yaradılması ilə bağlı qərar qəbul olunub

“Ümumi təhsil haqqında” qanun layihəsinin hazırlanması üçün işçi qrupun yaradılması ilə bağlı qərar qəbul olunub Bakı. 2 may. REPORT.AZ/ Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” qanun layihəsinin hazırlanması üçün işçi qrupun yaradılması ilə bağlı qərar qəbul edilib.
Milli Məclis
2 May , 2018 11:55
“Ümumi təhsil haqqında” qanun layihəsinin hazırlanması üçün işçi qrupun yaradılması ilə bağlı qərar qəbul olunub
Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli / Report/ Elchin Murad

Bakı. 2 may. REPORT.AZ/ Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” qanun layihəsinin hazırlanması üçün işçi qrupun yaradılması ilə bağlı qərar qəbul edilib.

“Report”un xəbərinə görə, komitə sədri İsa Həbibbəyli deyib ki, Təhsil Nazirliyi ilə işçi qrupunun tərkibinin formalaşdırılması ilə bağlı müzakirələr aparılır. O qeyd edib ki, işçi qrupunda Təhsil Nazirliyinin, Bakı şəhər Təhsil İdarəsinin, özəl məktəblərdən birininn nümayəndəsi və deputatlar təmsil olunacaq: “Komitənin növbəti iclasında işçi qrupunun tərkibi təsdiqlənəcək. Bu qanun layihəsində vacib məsələlər əksini tapıb”.

Son xəbərlər

Orphus sistemi