Ümid Partiyasının məşvərətçi səs hüquqlu üzvlərinin qeydiyyatı ləğv oluna bilər

Ümid Partiyasının məşvərətçi səs hüquqlu üzvlərinin qeydiyyatı ləğv oluna bilər Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Milli Məclis
24 Oktyabr , 2015 16:11

Bakı. 24 oktyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. “Report” xəbər verir ki, iclasda noyabrın 1-nə təyin edilmiş parlament seçkiləri ilə əlaqədar MSK-ya daxil olan müraciətlərə baxılıb.

Şikayətlərlə bağlı MSK katibi Arifə Muxtarova və MSK üzvü Baxşeyiş məlumat veriblər.

21 saylı Nəsimi birinci seçki dairəsindən deputatlığa namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülən Günel Səfərova MSK-ya müraciət edərək özünə məşvərətçi səs hüquqlu üzv təyin edə bilməməsi ilə bağlı DSK-nın qərarından şikayət edib. MSK üzvü Baxşeyiş Əsgərov deyib ki, məşvərətçi səs hüquqlu üzvü namizəd özü deyil, Ümid Partiyası təyin edə bilər. Belə olan halda isə partiya 60 dairədən çox namizədi qeydə almalıdır. Ümid Patiyasının isə bu qədər namizədi qeydə alınmayıb. Müzakirələrin yekununda MSK DSK-nın qərarının qüvvədə saxlanılması ilə bağlı qərar verib.

G.Səfərova deyib ki, MSK-nın qərarı ilə razı deyil. O bildirib ki, bu cür hal 35 saylı Xətai Üçüncü seçki dairəsində də olub: “Ümid Partiyasının sədri İqbal Ağazadə özünə məşvərətçi səs hüquqlu üzv təyin edib. Bəs necə olur ki, bu, 21 saylı Nəsimi birinci seçki dairəsində olmur?”.

MSK sədri Məzahir Pənahov deyib ki, məsələ araşdırılmalıdır. O bildirib ki, əgər belə hal baş veribsə, namizədin məşvərətçi səs hüquqlu üzvlərinin qeydiyyatı ləğv olunmalıdır.

77 saylı Astara seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Tarix Əliyevin qeydiyyatla bağlı MSK-ya etdiyi müraciətə baxılıb və təmin edilməyib.

“Azadlıq-2015” seçki blokundan 92 saylı Zərdab-Ucar seçki dairəsindən namizədliyi irəli sürülən hüquq müdafiəçisi Aytəkin İmranovanın qeydə alınmamaqla bağlı DSK-nın qərarından MSK-ya şikayət edib. MSK şikayəti təmin etməyib. Onun təqdim etdiyi imzalardan bir hissəsinin etibarsız olduğu bildirilib.

Son xəbərlər

Orphus sistemi