Sahibkarlıq sahəsində aparılmasına icazə verilən yoxlamaların sayının artırılmasına dair layihə birinci oxunuşdan keçib

Sahibkarlıq sahəsində aparılmasına icazə verilən yoxlamaların sayının artırılmasına dair layihə birinci oxunuşdan keçib Sahibkarlıq sahəsində aparılmasına icazə verilən yoxlamaların sayının artırılmasına dair layihə birinci oxunuşdan keçib.
Milli Məclis
13 May , 2022 13:30
Sahibkarlıq sahəsində aparılmasına icazə verilən yoxlamaların sayının artırılmasına dair layihə birinci oxunuşdan keçib

Sahibkarlıq sahəsində aparılmasına icazə verilən yoxlamaların sayının artırılmasına dair layihə birinci oxunuşdan keçib.

“Report”un xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə qanunda nəzərdə tutulmuş müddətdə, yəni sahibkarlıq sahəsində yoxlamaların dayandırıldığı 2023-cü il yanvarın 1-dək istilik sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalar aparıla bilər.

Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılacaq.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi