Yuxarı

Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunacaq

© Report

Bakı. 14 may. REPORT.AZ/ Milli Məclisin deputatı Çingiz Qənizadə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçiriləcək tədbirdə iştirak etmək üçün Türkiyənin İstanbul şəhərində səfərdədir.

Parlamentin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, deputat İstanbulda yerləşən Feriköy məzarlığında AXC-nin qurucularının şərəfinə ucaldılmış abidənin açılış mərasiminə qatılacaq. 

Tədbirdə müsəlman Şərqində ilk parlamentli demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və fəaliyyəti barədə məlumat veriləcək, Azərbaycan xalqının müstəqillik mübarizəsi haqqında danışılacaq, bu yolda həlak olanların xatirəsi anılacaq.

Səfər mayın 15-də başa çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi