Ticarət nümayəndələrinin gəlir vergisindən azad olunmasını nəzərdə tutan qanun layihəsi qəbul edilib

Ticarət nümayəndələrinin gəlir vergisindən azad olunmasını nəzərdə tutan qanun layihəsi qəbul edilib Milli Məclisin plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb
Milli Məclis
1 Dekabr , 2017 12:57
Ticarət nümayəndələrinin gəlir vergisindən azad olunmasını nəzərdə tutan qanun layihəsi qəbul edilib
Milli Məclis / Report

Bakı.1 dekabr. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

“Report”un xəbər verir ki, layihəyə əsasən, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin və onların aparatlarının işçiləri gəlir vergisindən azad olunur.

Məcəllənin 102-ci (Gəlir vergisindən azadolmalar və güzəştlər) maddəsinə Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin və onların aparatlarının işçiləri də əlavə edilib.

Layihədə bildirilib ki, bu, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarının ticarət nümayəndələrinin və onların aparat işçilərinin xarici ölkədə aldığı əmək haqqının gəlir və vergisindən azad olunması məqsədi ilə hazırlanıb.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi