Təminat Fondundan dövlət büdcəsinə 880 milyon manatın transfert edilməsi təsdiqləndi

Təminat Fondundan dövlət büdcəsinə 880 milyon manatın transfert edilməsi təsdiqləndi Milli Məclisin bu gün keçirilən plenar “Dövlət borcu haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Milli Məclis
30 Dekabr , 2020 11:05
Təminat Fondundan dövlət büdcəsinə 880 milyon manatın transfert edilməsi təsdiqləndi

Milli Məclisin bu gün keçirilən plenar “Dövlət borcu haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

“Report” xəbər verir ki, qanuna dəyişiklik layihəsi barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

Dəyişiklik layihəsi hər büdcə ili üzrə qəbul edilən dövlət büdcəsi haqqında qanunda nəzərdə tutulan hallarda Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaitindən dövlət büdcəsinə transfert (köçürmə) edilməsi üçün istifadə oluna bilməsi məqsədilə hazırlanıb.

Belə ki, 2021-ci ildə dövlət büdcəsinə Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan 880 milyon manat transfert nəzərdə tutulub.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi