Təlim məqsədilə Türkiyədən Azərbaycana gətirilən maddələr gömrük rüsumundan azad edilir

Təlim məqsədilə Türkiyədən Azərbaycana gətirilən maddələr gömrük rüsumundan azad edilir Xüsusi təyinatlı qüvvələrin təlimi məqsədilə Azərbaycan və Türkiyədən idxal edilən təchizat və təminat maddələri qarşılıqlı olaraq gömrük rüsumlarından və digər vergilərdən azad edilir.
Milli Məclis
185
13 Sentyabr , 2021 16:35
Təlim məqsədilə Türkiyədən Azərbaycana gətirilən maddələr gömrük rüsumundan azad edilir

Xüsusi təyinatlı qüvvələrin təlimi məqsədilə Azərbaycan və Türkiyədən idxal edilən təchizat və təminat maddələri qarşılıqlı olaraq gömrük rüsumlarından və digər vergilərdən azad edilir.

"Report"un xəbərinə görə, bu, “Azərbaycan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanunun layihəsində əksini tapıb.

Sənədə əsasən, ev sahibi ölkə (ESÖ) göndərən ölkənin (GÖ) heyətini ESÖ-nün ərazisinə giriş/ESÖ-nün ərazisindən çıxış zamanı GÖ-nün təlim məqsədilə ESÖ-nün ərazisinə müvəqqəti olaraq idxal edilən təchizat və təminat maddələrini ESÖ ilə bağlanılmış qüvvədə olan beynəlxalq müqavilələrin müddəalarına müvafiq olaraq gömrük rüsumlarından və digər vergilərdən azad edir.

Son xəbərlər

Orphus sistemi