Yuxarı

Təhsil naziri: “Bakı məktəblərinin 10 faizində sıxlıq var”

“Burada hansısa prinsipi tətbiq etmək lazımdır”

Bakı. 24 may. REPORT.AZ/ “Məktəblərdə sıxlıq Bakıda və digər böyük şəhərlərdə mövcuddur. Bakı məktəblərinin 10 faizində sıxlıq var”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, sıxlıq ondan ibarətdir ki, burada birinci siniflərə qəbul üçün müraciət edən şagirdlərin sayı digər yerlərdən çoxdur: “Müraciətlər çox olduqda onların hamısını qəbul etmək mümkün deyil. Burada hansısa prinsipi tətbiq etmək lazımdır. Ədalət prinsipi ondan ibarətdir ki, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunsunlar”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi