Taxıl məhsullarının keyfiyyəti ilə bağlı inzibati protokol tərtib edilməyəcək

Taxıl məhsullarının keyfiyyəti ilə bağlı inzibati protokol tərtib edilməyəcək Bakı. 28 noyabr. REPORT.AZ/ Taxıl məhsullarının keyfiyyəti sahəsində inzibati xətalar haqqında protokol tərtib edilməyəcək.
Milli Məclis
28 Noyabr , 2017 12:26
Taxıl məhsullarının keyfiyyəti ilə bağlı inzibati protokol tərtib edilməyəcək

Bakı. 28 noyabr. REPORT.AZ/ Taxıl məhsullarının keyfiyyəti sahəsində inzibati xətalar haqqında protokol tərtib edilməyəcək.

“Report”un xəbərinə görə, bununla bağlı “Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanununda dəyişiklik olunur.

Belə ki, qanunun 15-ci (Taxıl məhsullarının keyfiyyətinə dövlət nəzarəti) maddəsindən 15.3.5-ci bəndi çıxarılır. 

Bu maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanı taxıl məhsullarının keyfiyyəti sahəsində inzibati xətalar haqqında protokol tərtib edir.

Parlamentin Aqrar siyasət komitəsinin iclasında bu qadağanın götürülməsi deputatlar tərəfindən müsbət qarşılanıb.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi