Tanınmış həkim-stomatoloqun deputatlığa namizədliyi qeydə alınıb

Tanınmış həkim-stomatoloqun deputatlığa namizədliyi qeydə alınıb Tanınmış həkim-stomatoloq Şamil Rzayev fevralın 9-da keçiriləcək parlament seçkilərində namizəd kimi iştirak edəcək.
Milli Məclis
16 Yanvar , 2020 11:54
Tanınmış həkim-stomatoloqun deputatlığa namizədliyi qeydə alınıb

Tanınmış həkim-stomatoloq Şamil Rzayev fevralın 9-da keçiriləcək parlament seçkilərində namizəd kimi iştirak edəcək.

"Report" xəbər verir ki, bunu həkim özünün sosial şəbəkə hesabında yazıb.

“Dəyərli dostlar, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən parlament seçkilərinə qatılmışam. Dairə Seçki Komissiyası namizədliyimi qeydə alıb. İlkin mərhələdə mənə dəstək olan, imza verən, güvənən hər bir vətəndaşa öz təşəkkürümü bildirirəm. Bir həkim kimi öz peşəmdə məsuliyyətli olduğum qədər Dövlətimizin, Prezidentimiz cənab İlham Əliyevin bizə verdiyi bu şansa maksimum məsuliyyətlə yanaşacağıma şübhəniz olmasın!

Bununla bağlı seçki gününədək iş qrafikimdə dəyişiklik olacaq. Gündüzlər işdə olmasam belə, lazım gəlsə səhərə kimi klinikada olacam.

İnşallah, ayın 17-si sizlərin də köməyi ilə təbliğata başlayacağıq!

Sevgi və dəstəyinizə əminəm. İnşaalah, birlikdə qazanacağıq!”, - Ş.Rzayev bildirib.

Qeyd edək ki, Rzayev Şamil Ehtibar oğlu 1988-ci ildə həkim ailəsində anadan olub. Orta təhsilini Bakı şəhəri, Yasamal rayonunun 175 saylı məktəbində alıb. 2010-2011-ci illərdə Azərbaycanın Silahlı Qüvvələrində xidmət edib. Ali təhsillidir.

Səhiyyə üzrə 20-ə yaxın məqalənin müəllifidir. Şəxsi vəsaiti hesabına aztəminatlı şəxslərin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına pulsuz tibbi yardımlar təşkil edib.

Hazırda həkim-stomatoloq kimi Dental Arts Studio klinikasında baş həkim vəzifəsində çalışır. “A-qrup” sığorta şirkətində həkim ekspert kimi vəzifəsini də icra edir.

Evlidir. Bir övladı var. 

Bitərəfdir.

Son xəbərlər

Orphus sistemi