Tahir Mirkişili: "Ötən il məcburi tələb artıb, təklif ona çevik reaksiya verə bilməyib"

Tahir Mirkişili: "Ötən il məcburi tələb artıb, təklif ona çevik reaksiya verə bilməyib" “2021-ci ilin dövlət büdcəsi postmüharibə dövrünün ilk büdcəsidir. Ötən il ilk dəfə dövlət sərhədlərinin qorunması, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi kimi bir çox vacib məsələlər öz əksini tapıb”.
Milli Məclis
25 May , 2022 13:38
Tahir Mirkişili: Ötən il məcburi tələb artıb, təklif ona çevik reaksiya verə bilməyib
Tahir Mirkişili

“2021-ci ilin dövlət büdcəsi postmüharibə dövrünün ilk büdcəsidir. Ötən il ilk dəfə dövlət sərhədlərinin qorunması, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi kimi bir çox vacib məsələlər öz əksini tapıb”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deyib.

"2021-ci ildə qlobal ÜDM-nin artım tempi təxminən 6 % olub. Məcburi tələb artıb və təklifin ona çevik reaksiya verə bilməməsi ortaya çıxıb. Bu da ciddi inflyasiya ilə üz-üzə qalmağımıza səbəb olub”, - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi