Şura sədri: "Sosial sifarişlər haqqında" yeni qanun layihəsi Milli Məclisə təqdim olunub"

Şura sədri: "Sosial sifarişlər haqqında" yeni qanun layihəsi Milli Məclisə təqdim olunub" Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Sosial sifarişlər haqqında qanun layihəsini hazırlayaraq Milli Məclisə təqdim edib.
Milli Məclis
17 Dekabr , 2019 12:07
Şura sədri: Sosial sifarişlər haqqında yeni qanun layihəsi Milli Məclisə təqdim olunub
Azay Quliyev / Report / Elchin Murad

"Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası "Sosial sifarişlər haqqında" qanun layihəsini hazırlayaraq Milli Məclisə təqdim edib".

"Report" xəbər verir ki, bunu Şuranın sədri, deputat Azay Quliyev “Sosial xidmətlər sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu sahədə qanunvericilik sahəsində bəzi boşluqlar var: "Hələ bir neçə il əvvəl "Sosial xidmətlər" haqqında qanun qəbul edilib. Amma təcrübə onu göstərir ki, yeni yanaşmaya ehtiyac var".

A.Quliyev bildirib ki, bu gün bütün dünyada sosial təminat xidmətlərinin satın almasının böyük əksəriyyəti məhz QHT-lər tərəfindən həyata keçirilir: "Ona görə də "Sosial sifarişlər haqqında" qanun layihəsinin qəbulu aktualdır. Ümid edirəm ki, Milli Məclisin növbəti çağırışı formalaşarkən bu məsələyə baxılacaq".

Son xəbərlər

Orphus sistemi