Spiker soyad sonluqlarının dəyişdirilməsini təklif edən deputata: “Bəs özün niyə dəyişmirsən?”

Spiker soyad sonluqlarının dəyişdirilməsini təklif edən deputata: “Bəs özün niyə dəyişmirsən?” Bakı. 5 oktyabr. REPORT.AZ/ Milli Məclisin deputatı Fərəc Quliyev soyadlardakı “ov”, “yev” sonluqlarının götürülməsini təklif edib.
Milli Məclis
5 Oktyabr , 2018 12:51
Spiker soyad sonluqlarının dəyişdirilməsini təklif edən deputata:  “Bəs özün niyə dəyişmirsən?”

Bakı. 5 oktyabr. REPORT.AZ/ Milli Məclisin deputatı Fərəc Quliyev soyadlardakı “ov”, “yev” sonluqlarının götürülməsini təklif edib.

“Report” xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında F.Quliyev deyib ki, yeni nəsil şəxsiyyət vəsiqələri verilərkən bunu etmək lazımdır.

Deputat Aqil Abbas isə buna etiraz edib: “Soyadların sonluqların dəyişdirilməsi ilə bağlı məcburiyyət ola bilməz. Tutaq ki, mənim soyadım Abbasdır, amma nəslimdəki adamların soyadları Abbasovdur. Burada məcburiyyət niyə olsun ki?”

Spiker Oqtay Əsədov da F.Quliyevə sual ünvanlayıb: “Fərəc Quliyev, bəs niyə özün dəyişmirsən?!”

Son xəbərlər

Orphus sistemi